Maykl Bak Asiya və Afrikada adi, ənənəvi, kimsəni təəccübləndirməyən, Britaniyada isə görənləri heyrətləndirən ev tikib.
Fermerin dediyinə görə, çiy kərpicdən inşa edərək damını samanla örtdüyü ev ona vur-tut 200 dollara başa gəlib.
Bağının aşağı hissəsində tikilmiş evi indi o, yaxınlıqdakı fermada çalışanlara kirayəyə verir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Oksfordşir qraflığında yaşayan Maykl Bak evinin kirayəsinə görə pul yox, süd aldığını deyir. "İstəyirəm insanlar anlasınlar ki, həyatları boyu ipoteka krediti ödəmək məcburiyyətində deyillər. Hər kəs özünə ev tikə bilər", - Maykl Bak deyib.
Mənbə: Milli.Az