"Real Madrid" klubunun forvardı Kriştianu Ronaldu İspaniyanın ən yaxşı futbolçusu seçildi. Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Alfredo di Stefanomükafatı İspaniyanın ən yaxşı futbolçusuna verilir. “Kral” klubunun forvardı əzəli rəqibi - “Barsa”lı Lionel Messini və Andreas İnyestanı geridə qoyub. Ronaldu 32 xal toplayıb. O, Messini 6, İnyestanı isə tam 21 xal geridə qoyub. Siyahıda “Monako”nun ötən mövsüm “Atletiko” Madriddə oynayan futbolçusu Radamel Falkao da var (3 xal). “Barselona”nın qapıçısı Viktor Valdes, “Real” Madridin yarımmüdafiəçisi Anxel Di Mariya hərəsi 2 xal və “Atletiko” Madridin forvardı Diyeqo Kosta 1 xal toplayıblar.
Qeyd edək ki, mükafatı Marca qəzeti verir.
Mənbə: Trend.Az