Qadin.NET / Professor İlham Rəhimovun kitabı təqdim olunub

Professor İlham Rəhimovun kitabı təqdim olunub

 

Professor İlham Rəhimovun kitabı təqdim olunub
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun "Cinayətin və cəzanın fəlsəfəsi" kitabının təqdimat mərasimi keçirilib.Trend-in məlumatına görə, monoqrafıyada cinayət və cəza ilə əlaqədar cinayət hüququnun problemləri araşdırılır. Müəllif kitabda cinayətin səbəbləri və mənşəyi, cəzanın mahiyyəti, cinayətkarlığın və cəzanın gələcəyi haqqında düşüncələrini oxucularla bölüşür.Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb: "Ümummilli lider Heydər Əliyev deyib ki, dövlətə iki amil zərər gətirə bilər: günahkarın cəzasız qalması və günahsızın cəzalandırılması. Professor İ.Rəhimov tərəfındən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib"."Cinayətin və cəzanın fəlsəfəsi" kitabının təqdimatının BDU-da keçirilməsinin təsadüfi olmadığını bildirən rektor ölkəmizdə hüquq elminin məhz BDU-da formalaşdığını qeyd edib.Sonra BDU-nun kafedra müdirləri - professorlar Kamil Səlimov, Rüstəm Məmmədov, Sosiologiya kafedrasının professoru Mina Hacıyeva, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, professor Aleksandr Bastrikin, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, professor Yuriy Qolik çıxış ediblər.Sonra çıxışlar ətrafında müzakirəbr aparılıb. Qeyd edilib ki, Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünaslarıdır.Sonra İlham Rəhimov bütün çıxış edənlərə, Рѕ cümlədən tədbirə qatılanlara təşəkkür edib.Keçmiş SSRİ-də ən gənc hüquq elmləri doktoru olan İlham Rəhimov 100-ə yaxın elmi məqalənin və 6 monoqrafıyanın müəllifidir.

Mənbə: Trend.Az

26 noyabr 2013
GO BACK