Qadin.NET / Bu da yeni Nissan Qashqai

Bu da yeni Nissan Qashqai

“Nissan” şirkəti yeni nəsil krossover “Qashqai”-ın xarici görünüşünün sirrini açıb. O artıq kompakt yolsuzluq avtomobili “X-Trail”-də istifadə edilən bu yaxınlarda hazırlanmış “CFM” platformasının əsasında yığılıb. Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobilin daha müasir dizaynı böyük qardaşı “Nissan X-Trail” ilə oxşar cizgilərə malikdir. Lakin “Qashqai” yalnız 5-yerli variasiyada təklif ediləcək. Avropa bazarlarında yeniliyin satışı bu ilin sonlarına qədər başlaya bilər. Ban panellərinin axarlılığı üzərində işləməklə, mühəndislər 0,29 Cx aerodinamik müqavimət əmsalına nail olublar. Yapon krossoveri işıqdiodlu elementlər və digər müasir işləmələr almaqla təkcə dəbli deyil, həm də tutumlu olub. “Nissan Qashqai”-ın qabaritləri belə olub: uzunluğu 49 mm, eni isə 20 mm artıb. Buna baxmayaraq, avtomobil 15 mm aşağı düşüb, sərnişinlərin başları üstündə məsafə 10 mm böyüyüb, baqaj hissənin həcmi isə 430 litrə bərabər olub. “Nissan Qashqai” Avropa variantları 115 a.g.-ü verən 1.2-litrlik 4-silindrli benzin DiG-T turbo mühərriki, 110 a.g. verən 1.5-litrlik dCi və 130 a.g. verən 1.6-litrlik dCi dizel mühərrikləri ilə təchiz ediləcək.
Mənbə: Milli.Az
26 noyabr 2013
GO BACK