Qadin.NET / Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər

Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər

 

Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Azərbaycanda telefon satışı ilə məşğul olan mağazalarda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) Trend-ə verilən məlumata görə, hazırda uşaqlar telefonları vasitəsilə də internetə daxil ola bilirlər. Komitə isə uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılmasını təklif edib.Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edilmiş təklifdə qeyd edilib ki, ölkəyə gətirilən telefonlar qeydiyyatdan keçirilən zaman ona idxalçı şirkət tərəfindən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi proqramlar yazılsın. Bu halda artıq həmin telefonlar mağazalara paylandıqda onlarda xüsusi proqramlar olacaq. Uşağı üçün telefon almaq istəyən valideynlər də mağazalardan istifadəsi təhlükəsiz olan həmin telefonları ala bilərlər.Komitə hesab edir ki, bu tədbir uşaqların telefonlarda internetdən təhlükəsiz istifadəsini təmin edəcək.Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək üçün təkliflər hazırlayıb. Artıq həmin təkliflər RİTN-ə təqdim edilib.

Mənbə: Trend.Az

26 noyabr 2013
GO BACK