Qadin.NET / Qolları, ayaqları yoxdur, amma

Qolları, ayaqları yoxdur, amma

 

1982-ci ildə Avstraliyada doğulmuş serb əsilli Nik Vuyiçiç indi dünyaca məşhurdur. Tetra-ameliya sindromuna mübtəla olduğundan dünyaya qolları və ayaqları olmadan gələn Vuyiçiç uşaqlıq illərində ağır depressiyalara məruz qalmışdı. Milli.Az AHT-yə istinadən bildirir ki, məktəbdə uşaqların onu ələ salmasından pərişan qalan Nik 8 yaşında intihar etmək istəmişdi. Lakin valideynlərini çox sevdiyindən bu fikirdən daşınmışdı. 10 yaşında da intihar etmək istədi, amma sonra fikrindən döndü. Anası ona əlil, amma ruhdan düşməyən insan barədə bir məqalə oxuyandan sonra Vuyiçiçin həyatı dəyişdi. O, iki ayaq barmağı ilə qələm tutub yazmağa, kompüterdən istifadə etməyə, tennis topu ilə oynamağa, təbil çalmağa, saçını daramağa başladı. 17 yaşında isə Nik Vuyiçiç həyat eşqi ilə dolu çıxışları ilə tanınırdı. Bir müddət sonra o, "Life Without Limbs" ("Bədən üzvləri olmayan həyat) adlı fond yaratdı. 29 yaşlı Vuyiçiç indi dünyada milyonlarla insanın sevimlisidir.

 

Qolları, ayaqları yoxdur, amma


Qolları, ayaqları yoxdur, amma

Qolları, ayaqları yoxdur, amma

Qolları, ayaqları yoxdur, amma
Mənbə: Milli.Az
26 noyabr 2013
GO BACK