Qadin.NET / Bakılı məzun Afrikada İslamı qadağan elədi

Bakılı məzun Afrikada İslamı qadağan elədi

Anqola hökuməti ölkə ərazisində bütün məscidlərin qapadılası barədə qərar qəbul edib və ölkədə İslamı qeyri-qanuni din elan edib.  Azərbaycan Neft və Kimya İnstitutunun (Hazırkı Neft Akademiyası) 1969-cu il məzunu, hazırda Anqolanın prezidenti Joze Eduardu duş Santuş bəyan edib ki, bu qərar Anqolada İslamın təsirinin sona çatmasıdır.  Mədəniyyət naziri Roza Kruz e-Silvanın sözlərinə görə, Ədliyyə Nazirliyi və insan hüquqları da islamın qanuniləşməsinə razılıq vermir. Məscidlərin qapadılması isə Anqolada qeyri-qanuni dini sektalarla mübarizədə sonuncu addımdır. Luanda qubernatoru isə deyib ki, ölkədə radikal müsəlmanlar qəbul olunmur və Anqola hökuməti məscidləri və müsəlmanların digər ibadət yerlərini açmaq niyyətində deyil.  Qeyd edək ki, hazırda Anqolada 80-90 min nəfər müsəlman yaşayır. Əhalinin qalan hissəsi isə yerli dinlərə, katolikliyə və protestantlığa inam gətirib.

Mənbə: Milli.Az

26 noyabr 2013
GO BACK