"Azərbaycanda 4-5 nəfərdən ibarət orta statistik ailə həftə ərzində qidaya 80-100 manat arası vəsait xərcləyir". Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "РС…Рѕ" qəzetinə Davamlı İnkişaf Araşdırma mərkəzinin sədri Nəriman Ağayev bildirib. Onun sözlərinə görə, orta statistik Azərbaycan ailəsinin rasionu haqqında danışmaq çətindir. "Məsələ burasındır ki, Azərbaycanda multikulturizm mövcuddur. Bu səbəbdən müxtəlif regionların mətbəxləri də fərqlidir. Bakıdakı ailələrin rasionuna gəlincə, buraya ət, un, yumurta, tərəvəz, süd məhsulları və göyərti daxildir. Azərbaycandakı qidaların 80%-nə kartof daxil edilir", - ekspert əlavə edib. Nəriman Ağayev onu da qeyd edib ki, azərbaycanlı ailələrin həftə ərzində qidaya xərclədiyi vəsait Avropadakından bir neçə dəfə azdır. Bu da Avropada qidaların nisbətən baha olması ilə əlaqədardır.
Mənbə: Milli.Az