Rəsmi Qahirə ölkə sakinlərinin toplaşmaq azadlığını məhdudlaşdıracaq şok qərar qəbul edib. Məlumata görə, hökümətin icazəsi olmadan 10 nəfərdən artıq insanın ictimai yerdə toplaşmasını qadağan edən qanunda, ağır pul cərimələri və bəzi hallarda həbs cəzaları nəzərdə tutulub.Anspress yazır ki, qadağadan bir neçə gün əvvəl ölkədə 3 aya yaxın davam etmiş fövqaladə vəziyyət ləğv olunub. Hüquq müdafiəçiləri və sakinlər bu qanunla vətəndaşların azadlıqları və hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılacağından ehtiyat edirlər.Misir prezidentinin mətbuat katibi İhab Bədəvi yeni qanun barədə ictimaiyyəti məlumatlandırıb. Onun sözlərinə görə mitinqə, nümayiş və ya dinc yürüşə icazə verilməsi üçün təşkilatçılar, üç gün əvvəldən, yaxınlıqda olan polis şöbəsinə yazılı məktub ünvanlamalı və həmin məktubda aksiyanı keçirmək istədikləri yeri qeyd etməlidirlər.Müşahidəçilər yeni qanunvericiliyin, ilk növbədə, bir müddət əvvəl qadağan olunmuş “Müsəlman Qardaşlığı” partiyası tərəfdarlarına və devrilmiş prezidentMəhəmməd Mursiyə qarşı hesablandığını iddia edir. İnsan haqqları təşkilatları və ictimai fəallar Misirdə qəbul olunmuş yeni qanunu qəti şəkildə pisləyib.
Mənbə: Milli.Az