Avstraliyanın Kanberra şəhərində yaşayan Devid Riçards 2011-ci ildə malikanəsini 331038 lampa ilə bəzəyərək dünya rekordu vurmuşdu.Lakin sonradan Nyu-Yorkda yaşayan ailə 346283 sayrışan lampa ilə bu rekordu üstələmişdi.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, üç övlad atası indi rekordu özünə qaytarıb. Belə ki, o, 502165 sayrışan lampa ilə yenidən dünya rekordu vurub.O, malikanəsindəki illüminasiyanı Milad Bayramı üçün hazırladığını deyib.
Qonşular isə narazıdırlar. Onların dediklərinə görə, "festival və bayram məkanı"nı xatırladan evin yaxınlığında yaşamaq çətindir."Milad Bayramına hələ çox qalıb. Ən azı bir ay müddətində belə şəraitdə yaşamaq, qonşuluqda böyük sirk ab-havası olduğunu görmək asan deyil. İşdən evə qayıdır, istirahət etmək istəyirik. Alınmır, çünki yanımızda sirk var. Səhərədək işıqlar sayrışır, illüminasiyanın əlindən yata bilmirik. Kimlərsə dünya rekordu vurmaq istəyirsə, öz işidir və mane olmuruq. Lakin o da bizim işlərimizə mane olmamalı, narahatlıq yaratmamalıdır", - qonşulardan biri söyləyib.Qonşuların əksəriyyəti hələ 2011-ci ildən, ötən rekorddan bəri Riçards ailəsi ilə danışmır.Kanberranın həndəvərindəki Forrest qəsəbəsində yaşayan Devid Riçards, onun arvadı Jenin, 13 yaşlı oğlu Aydan, 10 yaşlı qızı Keytlin və 6 yaşlı qızıMadlen isə Milad Bayramı ilə bağlı illüminasiyanı əla ideya sayırlar."Uşaqlıq illərimdən bəri Milad Bayramını sevirəm. Bu bayramın öz sehri, öz magiyası var. Bayrama bir ay qalsa da, indidən o günün sevincini yaşamaq istəyirəm. Burada pis nə var ki?! Narazı qonşularımı isə anlamıram. Axı bu, gözəllikdir", - Devid Riçards söyləyib.Onun sözlərinə görə, malikanənin sayrışan lampalarla bəzədilməsinə 2200 dollar xərcləyib.Riçardsın sözlərinə görə, 2011-ci ildə illüminasiya ilə bağlı dünya rekordunun çəkildiyi video YouTube-a yerləşdiriləndən sonra həmin videoya baxışların sayəsində 55 min dollar qazanıb.Builki illüminasiyanın isə ona ən azı 70 min dollar qazandıracağını deyən Devil Riçards həmin pulları Kanberradakı xeyriyyə təşkilatlarından birinin hesabına yatıracağını deyib.
Mənbə: Milli.Az