Qadin.NET / Gün var əsrə bərabər: Ötənləri yada salaq

Gün var əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən noyabrın 26-da tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.

Miladi: 26 noyabr 2013
Hicri: 22 Məhərrəm 1435
İlin 330-cü günü
İlin sonuna 35 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.24
Günəş - 07.39
Zöhr - 12.32
Əsr - 15.20
Məğrib – 17.32
İşa – 18.53
1193 —Misir hökmdarı Səlahəddin anadan olub.
1394 — Seul Cənubi Koreyanın paytaxtı elan edilmişdir.
1607 — Harvard Universitetinin banisi Con Harvard anadan olub.
1812 — Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlamışdır.
1847 — İsveçrəli dilçi Ferdinand dö Sossür anadan olub.
1922 — Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açmışdır.
1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsasnaməsi dərc edilmişdir.
1937 — Sovet kosmonavtı Boris Yeqorov anadan olub.
1939 — Amerikalı müğənni Tina Törner anadan olub.
1942 — Sovet ordusu Stalinqradda əks hücuma başlamışdır.
1950 — Türkiyə Koreyada müharibəyə qoşulmuşdur.
1969 — Səudiyyə Ərəbistanı ilə Yəmən arasında silahlı münaqişə başlamışdır.
1978 — İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlmişdir.
1991 — Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilmişdir.
1991 — Paritet əsasında Azərbaycan Respublikası Ali Sovetində 25 nəfər “demblok”, 25 nəfər “komblok” deputatlarından ibarət Milli Şura yaradılmışdır.
1991 — Cənubi Qafqazda və postsovet məkanında ilk müstəqil tele-kanal olan ANS yaradılıb.
1993 — Almaniya PKK-nı terror təşkilatı kimi tanımışdır.
1996 — Azərbaycan Respublikası ilə Mali arasında diplomatik əlaqələr qurulmuşdur.
2001 — “ANS-Press” Nəşriyyat Evi yaradılıb.
2002 — “ANS-Press” Nəşriyyat Evinin nəzdində "EL" jurnalı açılıb.
2002 — İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlamışdır.
2003 — Səsdənsürətli “Concorde” təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçmuşdur.
2005 — Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələmişdir.
2006 — İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir.
2008 — Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanmışdır.

Mənbə: Milli.Az

26 noyabr 2013
GO BACK