Qadin.NET / Anqolada İslam qadağan edildi, məscidlər bağlandı

Anqolada İslam qadağan edildi, məscidlər bağlandı

 

Anqolada İslam qadağan edildi, məscidlər bağlandı
Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, mədəniyyət naziri Roza Kruz Silviva yerli “Angop” informasiya agentliyinə açıqlamasında bildirib ki, ölkədə İslam dini də daxil olmaqla qanunsuz qruplara qarşı mübarizə aparılır. Nazir qeyd edib ki, Anqolada qanunsuz fəaliyyət göstərən 194 dini qrup var. Qeyd edək ki, BMT-nin İnsan Haqları Komissarlığı bundan əvvəlki hesabatlarında Anqolada müsəlmanların təzyiqlərə məruz qaldığını qeyd edib. Bu ölkədə məscidlərə icazə verilmir, müsəlmanlar terrorla bağlı təqdim olunurlar.Cənubi Afrikada yerləşən Anqolanın 18,5 milyon nəfər əhalisi var. Əhalinin əksəriyyəti xristiandır.Əsasən, Qərbi Afrika ölkələrindən və Livandan köçənlərdən ibarət Anqola müsəlmanlarının sayı 90 min nəfər kimi göstərilir.

Mənbə: Milli.AZ

26 noyabr 2013
GO BACK