Qadin.NET / Azərbaycan Milli Elmlər Akademiyası yanında İnvestisiyalar Fondu yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyası yanında İnvestisiyalar Fondu yaradılacaq

 

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Aparatında elektron sənəd dövriyyəsi sistemi tətbiq ediləcək". Bu barədə jurnalistlərə AMEA prezidenti Akif Əlizadə deyib.Onun sözlərinə görə, elektron rəqəmli imzalardan (ERİ) istifadə üçün zəruri mühit də yaradılacaq. Bu istiqamətdə işlər başa çatmaq üzrədir.A.Əlizadə qeyd edib ki, Akademiya İKT-nin tətbiqinə xüsusi diqqət ayırır. AMEA prezidenti deyib ki, Akademiyanın Rəyasət Heyəti yanında İnvestisiyalar Fondunun yaradılması planlaşdırılır. AMEA fondun yaradılması ilə əlaqədar ölkə hökumətinə müraciət etməyə hazırlaşır:"Biz bu fond sayəsində innovasiya problemlərimizi həll edə, eləcə də bu sahədə Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edə bilərik. Habelə İKT sahəsində dekabrın 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə ümumrespublika konfransının keçirilməsini nəzərdə tuturuq".

 

Mənbə-Milli.Az
26 noyabr 2013
GO BACK