Qoç - çox məsələlərdə haqlısınız. Fəqət, məqsədə çatmaq fikriniz varsa, məntiqə əsaslanaraq hisslərə təzyiq etməyin. Layihə və ya ideyanızın sərfəli yönlərini göstərin. Günün ikinci yarısında baş verə biləcək qəribə hadisə hissləriniz üçün növbəti sınaq olacaq. Aktual danışıqları təxirə salmayın. Yalnız cari məsələləri müzakirə etməklə kifayətlənməyin. Əvvəllər kimə və nə vəd verdiyinizi xatırlayın. Şəxsi münasibətlərdə uğur şansları var. Sevdiyiniz insanı maraqlandırın, ona sürpriz bəxş edin.
Buğa - bilik və bacarıqlarınızı tam nümayiş etdirin. Yanınızdakı insanlar sizdən təşəbbüskarlıq, təşkilatçılıq bacarığının və ümumi məqsədə pozitiv münasibətin izharını gözləyirlər. Əhvalınız dəyişəcək. Emosiyaları fəaliyyətin zahiri məqamlarına yönləndirin. Danışıqlar aparmaq, nəyisə təşkil etmək, vasitəçiliklə məşğul olmaq üçün əlverişli zamandır. İşləri dəqiq və səlis yerinə yetirmək məharətinizə yaxınlarınızın ehtiyacı var.
Axşam saatlarında normal istirahət edin. Köhnə tanışlardan birini yada sala bilərsiniz.
Əkizlər - yaşama nəzarət hissinin duyulması üçün səbatlı duruma ehtiyacınız var. Çətinliklər yaranarsa, onları sakit qarşılayın. Ağır, gərgin rejimdə çalışmalı olacaqsınız. Sizin üçün önəmli insanlardan biri ötənlərdəki vədinizi xatırladacaq. Borcları qaytarın, yardım edin. İndi dəyişikliklər ərəfəsindəsiniz. Əlaqələriniz nə qədər geniş olarsa, perspektivlər bir o qədər maraqlıdır. Ailədə pozitiv münasibətlərə nail olun. Fiziki işlərdə ənənəvi ritmi qoruyun. Özünüzü soyuğa verməyin, izafi yorulmayın. Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng - mövqeyinizdən əsla geri çəkilməyin. Qətiyyətlə, inadla məqsədə doğru irəliləyin. Köhnələn, gərəksiz rodan qurtulmaq istəyərək münasibətlərə yeni məna vermək, ya da sizi narahat edən məsələni həll etmək istəyəndə hisslərinizdə dönüş baş verə bilər. Səbirsizlik nə işlərə, nə də hisslərə xeyir verməyəcək. Melanqxoliya, narazılıq arta bilər. Mühüm mövzuda irəliləyişə mane olan nüansları konkretləşdirin. Nə isə alınmırsa, prosesə dəyişikliklər edin, yeni variantı sınayın. Axşam saatları yaşam arealında yerdəyişmə üçün əlverişlidir.
Şir - çox iş görməli olduğunuzdan artıq səhər saatlarından aktiv olun. Ani maraqlara aldanmayın. Ambisiyalarınızı təmin edərək maddi durumunuzu yaxşılaşdıracaq məqsədi müəyyənləşdirin. Daxili narazılıq hissi hadisələrin əlverişli fonu ilə müşayiət oluna bilər. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəsivində qarşınızda yeni imkanlar yaranır. Şəxsi münasibətlərdə sizdən təşəbbüs və diqqət gözləyirlər. Qeyri-müəyyənliyi təzyiqlə aradan qaldırmağa, tərəfdaşınızın konkret cavab və hərəkətinə nail olmağa can atmayın. Çevik, sayıq davranın.
Qız - şərtlərə və yaxın ətrafınızdakı insanlara təsir edə bilərsiniz. Maraq dairəniz və imkanlarınız artır. Təşəbbüskar olun. Ümumi nailiyyətdə maraqlı olan insanları da işə qoşun. Kollektiv üçün uğur daşıyıcısınız. Toplantı, müzakirə, danışıqlara qatılmalı olacaqsınız. Bütün bunlar sizi yoraraq gərginlik yarada bilər. İstirahət və rahatlanmaq üçün axşam saatlarında vaxt tapın. Bütün gərginliklərə və yaxınlarınızın bəzi narazılıqlarına rəğmən, uğursuz gün deyil. Aktual mövzuları inkişaf etdirmək imkanlarından istifadə edin.
Tərəzi - gün xoş və faydalı xəbərlər vəd edir. Sizi maraqlandıran informasiyanın axtarışı ilə məşğul olun, yazışma aparın. Şübhələrinizdən əl çəkin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Eksperiment və risklərdən çəkinməyin. Günün ikinci yarısı priorietlərinizi dəqiqləşdirin. Müsbət təmayüllər zamanı yaşamınızda dəyişikliklər ola bilər. Sizə mane olan ünsürdən qurtulmaq üçün əlverişli zamandır. Qətiyyətli olun, yeniliklərə zəmin yaradın.
Əqrəb - ayın sonunadək baş verəcək proseslərin təmayülləri formalaşır. Yeni, maraqlı olaylar yaşana bilər. Baş verənləri diqqətlə müşahidə edin. Görüşlərdən boyun qaçırmayın, poçtu yoxlayın. Məktublara dərhal cavab verin.
Hansı yeni zirvəni fəth etmək istədiyinizi düşünün. Hazırlıq prosesləri üçün əlverişli zamandır. Yaşam arealında qayda yaradın. Rahatlıq və nizam önəmlidir. Axşam saatlarında gərginlik və emosiyalardan qurtulmağınıza imkan verən işləri planlaşdırın.
Oxatan - hissiyatınız və sayıqlığınız artmalıdır. Yaxın ətrafınızdakı insanlardan biri sizə paxıllıq edir. İşlə məşğul olun, enerjili davranın. Durğunluq hiss etsəniz, imicinizdə və ya münasibətlər stilində dəyişikliklər edin. Günün ikinci yarısında dostlarla görüşmək, yeni ideyaları gerçəkləşdirmək üçün səbəblər var. Təəssüratların sürətlə dəyişməsi və hadisələrin sürətli tempi sizi qıcıqlandıra bilər. İstənilən işdə və münasibətdə intuisiyanız köməyinizə gələcək. Tərəfdaşlarınızın açıqlamaq istəmədikləri niyyətlərini anlamağa çalışın. Planlarınızı açıqlamayın. Sirlərinizi faş etməyin, başqalarını diqqətlə dinləyin.
Oğlaq - bir mövzu çərçivəsində uzun müddətdə qalmayın. Nəticəsi sizi narazı salan hadisəni təhlil edin, zəif yönlərinizi müəyyənləşdirin. Peşəkar fəaliyyət müstəvisində qarşınızda çoxsaylı yeni imkanlar yaranır. Sərfəli şansları əldən verməmək üçün iti reaksiya gərəkdir. Günün ikinci yarısında kollektivdə qarşılıqlı anlaşma və birgə fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Sizinlə eyni məsələ üzərində çalışan insanları dəyərləndirin. Daha təcrübəli həmkarların məsləhətilərinə diqqət yetirin. Məşvərət üçün mütəxəssislərə üz tutmaq olar. Axşam saatlarında istirahət edin, ünsiyyətdən həzz alın.
Dolça - məsuliyyəti boynunuza götürməyə hazırsınız və ətrafınızdakı insanlar da bunu dəyərləndirir. Bacarıq və biliklərinizdən yararlanmaq üçün münbit şərait var. Yeni məqsəd yaranarsa, əlavə iş və ya yük formalaşacaq. Qərar və addımlarınızın emosiyalardan qaynaqlanmasına imkan verməyin. Çətin məsələlərin həllində müdrik, uzaqgörən olun. Mütərəqqi yanaşma tərzini nümayiş etdirin. Uzaqgörənlik bu gün əsas məziyyətiniz olmalıdır. Axşam saatlarını evdə keçirin, təsərrüfat işlərinə diqqət ayırın. Yaşam arealınızı qaydaya salın.
Balıqlar - uzaqdakı tərəfdaşlarla əlaqələri inkişaf etdirmək imkanı yaranıb. Çoxdan bəri planlaşdırdığınız səfər və ya səyahətə hazırlaşa bilərsiniz. Vəzifənizin artmasını və ya gəlir mənbəyinizin daha səbatlı olmasını istəyirsinizsə, bilik və bacarıqlarınızı artırın. Şəxsi işləriniz və maraqlarınızı işdən üstün tutmayın. Günün ikinci yarısında qüvvənizi bərpa etmək üçün bir qədər tək qalmalısınız. Səhhətinizə fikir verin. Dərman qəbul edənədək sağlam həyat tərzini seçin, fiziki işlə məşğul olun.
Mənbə: Milli.Az