Qadin.NET / Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək

Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək

 

Noyabrın 26-da, saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli müğənni, xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, gecədə bir çox tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının iştirakı gözlənilir. Qeyd edək ki, M.Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini M.Əzizbəyov adına Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində alan M.Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirən M.Babayev 30-dan artıq filmdə rol alıb, uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Azərbaycan Respublikasının əməkdar artisti və xalq artisti fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olub. 2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.

Mənbə: Milli.Az

 

25 noyabr 2013
GO BACK