Qadin.NET / Avropanın ən böyük vulkanı püskürdü

Avropanın ən böyük vulkanı püskürdü

 

Avropanın ən böyük vulkanı püskürdü

 

İtaliyanın Siciliya adasının sakinləri artıq 5 gündür ki, havadan yağan kül və daşlardan daldalanmaq məcburiyyətində qalıblar. Anomaliyanın səbəbi Avropanın ən böyük vulkanı Etnanın püskürməsidir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Siciliyada maşınlar, yollar, evlər - hər şey kül altında qalıb. Küçələrdə praktiki olaraq kimsə yoxdur və sakinlər küçələrə çıxmamağa çalışırlar. Etna vulkanının cənub-şərq ətəyində yerləşən Kataniya şəhərinin yaxınlığında yeni krater yaranıb. Dağ bütünlüklə dumana və tüstüyə büründüyündən alimlər onu tam müşahidə edə bilmirlər.Vulkandan şərqdə olan yaşayış məntəqələri və tarlalar da kül altındadır. Etnanın püskürməsi nəticəsində tüstünün hündürlüyü 3 kilometrə çatıb.
Mənbə: Milli.Az
25 noyabr 2013
GO BACK