Qadin.NET / Rob Evansdan Lexus IS

Rob Evansdan Lexus IS

“Lexus” şirkəti SEMA 2013 sərgisində Rob Evansdan nadir kompakt sedan “IS 350 F SPORT” təqdim edib. Layihənin texniki hissəsinin reallaşdırılması ilə “VIP Auto Salon” tüninq kontorunun mütəxəssisləri məşğul olub.Milli.Az Auto.az-a istinadən bildirir ki, onlar avtomobili 10 həftə ərzində yığa biliblər. Enli aerodinamik ban asması Rob Evans tərəfindən yaradılıb və bu asma digər əlavələrlə birlikdə avtomobili “DeviantArt Design Challenge” müsabiqəsində qalib edib. Lüks yapon sedanı enli önlüyü olan yeni qabaq bamper, çox enli ventilyasiya olunan təkər arkaları olan yeni qanadlar, yan ətəklər, ortasında diffuzor olar yenidən işlənmiş arxa bamper və yan tərəflərdə qaz buraxma sisteminin dördkünclü bir cüt borular alıb. Qara damlı ağ “BASF Glasurit Ultra White” rəngli bana, qara aksentlərə şə tündləşdirilmiş şüşələrə təzad yaratmaq üçün aşağı profilli “Nitto Invo” şinləri olan 20-düymlük müxtəlif enli qızılı rəngli “Nutek” diskləri quraşdırılıb. Avtomobil, həmçinin “Brembo” əyləcləri, “Takata Racing Drift Pro LE” idman oturacaqları, çox nöqtəli “Drift III ASM” təhlükəsizlik kəmərləri və daxili karbon aksessuarlar “Seibon Carbon” alıb.

 

Rob Evansdan Lexus IS

 

Rob Evansdan Lexus IS

 

Rob Evansdan Lexus IS

 

Rob Evansdan Lexus IS

 

Rob Evansdan Lexus IS


Mənbə: Milli.Az

 

25 noyabr 2013
GO BACK