“Jaguar” şirkəti təqdimatı Los-Anceles avtosalonundan bir neçə gün əvvəl – noyabrın 19-da keçiriləcək yeni kupe “F-Type”-in ilk tizerlərini nəşr edib. Milli.Az Auto.az-a istinadən bildirir ki, şirkətdən alınan rəsmi məlumata əsasən, kupe “Jaguar F-Type” sırası “konsept “Jaguar C-X16”-da göstərilmiş güzəştsiz dizayn” nümayiş etdirəcək və mövcud rodster “F-Type”-a əlavə olacaq.
Məlumdur ki, kupe “Jaguar F-Type” tamamilə alüminium ban alacaq, lakin texniki hissə barədə heç bir məlumat yoxdur. Müqayisə üçün: üstü açıq “Jaguar F-Type” 2 ədəd 340, 380 a.g. verən V6 mühərriklərindən biri ilə, və ya 495 a.g. verən V8 ilə təchiz edilir. Bütün mühərriklər 8-pilləli “avtomat” ZF sürət qutusu ilə birgə işləyir.Yeniliyin qiyməti barədə məlumat yoxdur.
Mənbə: Milli.Az