Bu gölü yerlilər "dünyanın ən qorxulu, təhlükəli gölü" adlandırırlar.Kanadanın Alberta əyalətindəki Ebraham gölünün görünüşü, gerçəkdən də, qeyri-adidir.Gölün dibindəki tektonik çatlardan çıxan metan qazı "burularaq" çıxır, səthə az qalmış fərqli və ecazkar qovrucuqlar yaradır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səthdən cəmi bir neçə santimetr aşağıdakı qovrucuqlar çox təhlükəlidir, çünki onlar bir anın içində alovnalanaraq yana və Ebraham gölünü böyük tonqala çevirə bilərlər.Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişiklikləri indiki templə davam edərsə, Albertada, Qayalıq Dağlarda yerləşən bu göldəki metan püskürüb çıxacaq və gölü, ümumiyyətlə, məhv edəcək.
Mənbə: Milli.Az