Azərbaycan nümayəndə heyəti noyabrın 28-29 tarixlərində Kazanda keçiriləcək "Avrasiya iqtisadi inteqrasiyası: nailiyyətlər və problemlər" mövzusunda iqtisadi forumda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Tatarıstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, forumda Rusiya Dövlət Duması Federal Məclisinin sədriSergey Narışkin, Avrasiya inteqrasiya proseslərinin iştirakçısı olan dövlətlərin qanunverici və icraedici orqanlarının nümayəndələri, Rusiya, Belarus və Qazaxıstandan ekspertlər, alimlər, siyasətçilər, eləcə də MDB və Aİ ölkələrindən müşahidəçilər iştirak edəcəklər. Məlumatda deyildiyi kim, bundan başqa forumda MDB-nin bəzi ali ekspert təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Eləcə də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ekspertləri iştirak edəcəklər. Forum çərçivəsində dövlətlər arasında beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, eləcə də intellektual mülkiyyət bazarının inkişafı, postsovet məkanında inteqrasiya əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.
Mənbə: Milli.Az