Qadin.NET / Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq

Azərbaycan quş əti istehsalını 3 dəfə artıracaq

 

"Bu, Ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramında qeyd edilən məqsədlərdən biridir. Lakin keçən il ölkədə cəmi 45,7 min ton quş əti istehsal olunub". Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovməlumat verib. Şöbə müdiri bildirib ki, qarşıya qoyulan məqsədə çatmaq istehsalın həcmi 34,3 min ton artırılmalıdır: "Əsas diqqəti quş əti istehsalının artırılmasına yönəltməliyik. Yaxın gələcəkdə isə quş əti istehsalını bütün kateqoriya təsərrüfatlarında 120 min tona çatdırmağı düşünürük". Ç.Fərəcov bu sahənin stimullaşdırılması üçün fermerlərə güzəştli kreditlərin verilməsini də zəruri sayır. Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda 7 quşçuluq fabriki işə salınıb.

 

Mənbə: Milli.Az

25 noyabr 2013
GO BACK