Taylanddakı ticarət mərkəzində uşaqlar maraqlı düzümləri ilə Yeni il ağacı yaradıblar və bununla “Ginnesin rekordlar kitabı”na düşüblər. Associated Press-in xəbərinə görə, 6 yaşdan 15 yaşa qədər 825 uşağın əməyi sayəsində belə bir mənzərə alınıb. Musavat.com yazır ki, tədbirin bütün iştirakçıları şabalıdı (ağacın gövdəsi), qırmızı (oyuncaqlar), yaşıl (ağacın özü) rəngdə geyinərək bayramın əhvalını yaratmağa çalışıblar. Taylandlı uşaqların Yeni il ağacı 15 dəqiqə 29 saniyə mövcud olub. Bütün bu aksiyanı isə “Ginnesin rekordlar kitabı”nın rəsmi nümayəndəsi Fortuna Brek müşahidə edirmiş. O, baş verən aksiya barədə mərkəzi ofisə məlumat verərək rekordu təsdiqləyib.Xatırladaq ki, bu qəbildən olan öncəki rekord 2011-ci ildə Almaniyada baş tutub. Həmin vaxt Yeni il "ağacı" düzəltmək istəyən şəxslərin sayı 672 nəfər olub.
Mənbə: Milli.Az