Harvard universitetinin əməkdaşları deyirlər ki, qadınlar üçün yağsız südün böyük faydası var. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların araşdırmaları göstərib ki, hər gün 2 stəkan süd içmək hipertoniyanın (yüksək təzyiq) və ürək-damar xəstəliklərinin qarşısını alır. Həkimlər həmçinin bildirirlər ki, tərkibində yağın miqdarı az olan südün köməyilə təzyiqi normallaşdıraraq onu stabil saxlamaq mümkündür. Bundan başqa, süd qadınlar üçün əvəzolunmaz kalsium, zülal, C, E və B vitaminlərinin deposudur.
Mənbə: Milli.Az