Qadin.NET / Super ərzaq

Super ərzaq

 

Manqonun vətəni olan Hindistanda onun köməyilə bir sıra xəstəlikləri sağaldırlar. Bu meyvənin tərkibindəki vitamin və mikroelementlər ürək-damar sistemi xəstəliklərinin, həmçinin şişlərin yaranmasının qarşısını alır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, manqo həmçinin sidik sisteminin xəstəliyindən əziyyət çəkən insanlara da xeyirdir.   Tam yetişməmiş manqo, xiyar, bal və duzdan ibarət salat dizenteriya və bağırsaq keçməsinin qarşısını alır. Stressi götürür. Manqo yarpaqlarının dəmləməsindən isə damarların varikoz genişlənməsinə qarşı istifadə edilir. Arıqlamaq üçün manqo ilə südü birlikdə qəbul etmək lazımdır. Manqonun tərkibində şəkər çoxdur, protein isə sıfır həddindədir. Süddə isə tərsinə. Bu səbəbdən belə qarışıq balanslaşdırılmış hesab edilir. 
Mənbə: Milli.Az

 

24 noyabr 2013
GO BACK