Rus alimlər HİV-in müalicəsi üçün dərmanın klinik sınaqlarını aparırlar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə "Ximrar" kimyəvi müxtəliflik tədqiqatı institutunun direktorlar şurasının üzvü Nikolay Savçuk deyib. İşçi adı VM-1500 olan preparat insan hüceyrələrində virusun çoxalmasını bloka salır, nəticədə orqanizmdə virionların sayı sıfıra enir. Klinik sınaqların ilk mərhələsində preparatın effektivliyi üzə çıxıb. Preparatı hazırlayan şirkət hesab edir ki, 2015-ci ildə onu Rusiya bazarına çıxara biləcək. Bundan sonra isə xarici bazara çıxış axtarılacaq.
Mənbə: Milli.Az