Madrid "Real"ının forvardı Kriştianu Ronaldunun La Liqanın 14-cü turunun "Almeriya"ya qarşı oyununda (0:5) zədələndiyini xəbər vermişdik. Milli.Az Sports-a istinadən bildirir ki, portuqaliyalı futbolçu zədəsinin ciddi olmadığını deyib:
"Məni dəyişmələri sadəcə ehtiyat tədbiri idi. Xüsusi bir şey yoxdur. İlk hissədə çox ağrılı zərbə aldım, hiss elədim ki, əzələlərimdə problem yarandı". Bildirək ki, dünənki oyunda o, "Real" üçün 164-cü qolunu vurub və beləliklə, klubun 4 ulduzuna daha da yaxınlaşıb. Meksikalı Uqo Sançeslə onun qollarının sayı bərabərdir. Digər eks-forvardlar - Raul Qonsales 228,Alfredo Di Stefano 216, Santilyana isə 186 qolla Ronaldudan irəlidədirlər. Hazırki mövsümdə Ronaldu primeranın 14 oyununa çıxıb və 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

Mənbə: Milli.Az