Qadin.NET / İnsanı öldürən 10 ərzaq

İnsanı öldürən 10 ərzaq

 

Milli.Az Rusiya mətbuatına istinadən insan sağlamlığına zərərli olan qidaların siyahısını təqdim edir. 
Qazlı içkilər 
Qazlı içkilərin tərkibində 100 l mayeyə 10 q şəkər düşür. Bu, şəkərli diabet və piylənmənin inkişafına səbəb olur. 
Donuz əti 
Donuz əti qanda xolesterinin miqdarını artırır və beləliklə ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. 
Şirniyyat 
Tərkibindəki şəkərin yüksək həddi, əlavə duz və konservantlar səbəbilə şirniyyatlar çox təhlükəlidir. 
Bərk pendirlər 
Bərk pendirlərin tərkibində yağın miqdarı çoxdur. Məsələn, isveçrə pendirində onun qədəri 50%-dir. Ümumiyyətlə, yüksək fermentli pendirlərdə xolesterinin miqdarı çoxdur.
Çörək
Alimlər süfrədə çörəyin olmasına qarşı çıxırlar. Məsləhət görürlər ki, hətta qara çörək də yeyilməsin. Ağ çörəkdən isə danışmaq belə istəmirlər - o, ən ucuz un məhsuludur və daha təhlükəlidir, deyirlər. 
Kartof
Qızardılmış kartof daha təhlükəlidir, çünki tərkibindəki kalorinin miqdarı həddən artıqdır. Yaxşı olar ki, suda bişmiş kartof, heç bir əlavəsiz yeyilsin. Bunu sevməyənlərə bir qədər zeytun yağı istifadə etməyə "icazə verilir".
Makaron
Makaronların "düzgün olmayan" növləri orqanizmdə tez bir zamanda artıq çəki yaradır. 
Yarımfabrikatlar 
Bunlardan tamamilə imtina etmək lazımdır. Onlarda nitrit və nitratların sayı çoxdur. Bu maddələr isə kanserogen, yəni xərçəngtörədici hesab olunur.
İdeal meyvə-tərəvəz
Böyük marketlərdə alış-veriş edərkən uzaqdan "gəl-gəl" deyən portağal boyda qırmızı, sarı, yaşıl bibərlər, hamar, eyni ölçüdə almalar, bir dənə də olsun nöqtəsi olmayan iri pomidorlar, hamısı bir uzunluqda olan xiyarları görümüsünüz, yəqin. Bax belə ideal görünüşlü meyvə-tərəvəzdən uzaq durun. Çünki potensial kanserogen daşıyıcılarıdır. 
Qızartmaq üçün zeytun yağı 
Zeytun yağını 40 dərəcədən artıq qızdırmaq olmaz. Əgər nəyisə qovurmaq, qızartmaq istəyirsinizsə, palma, yaxud üzüm çərdəyinin doymamış yağından istifadə edin. Təbii ki, tapsanız. 
Mənbə: Milli.Az
24 noyabr 2013
GO BACK