Qadin.NET / Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək

 

Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək

 

Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-8, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Trend.Az

24 noyabr 2013
GO BACK