Müsəlmanların qibləgahı olan Kəbəi Müəzzəmin yerləşdiyi Məscidi Həramda təmir işləri davam edir. Anspress yazır ki, daha çox möminin ibadət edə bilməsi üçün aparılan genişləndirmə fəaliyyətləri səbəbindən bu il bütün dünyada həcc ziyarətinə gedəcək zəvvarların kvotası azaldılmışdı. Məkkəyə aid sosial şəbəkədə paylaşılan fotoşəkillərdən də görünür ki, həcc mövsümünün başa çatmasından sonra Məscidi Həramda bəzi hissələrin uçurularaq yenidən tikilməsi sürətlənib. Şəkillərdə Türkiyə Cümhuriyyəti ilə uzun müddət mübahisə mövzusu olan, Osmanlı dövləti tərəfindən 1590-cı ildə inşa edilən gümbəzlərin də söküldüyünü görmək mümkündür.
Mənbə: Milli.Az