Hicri: 20 Məhərrəm 1435
İlin 328-cü günü
İlin sonuna 37 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.22
Günəş - 07.37
Zöhr - 12.31
Əsr - 15.21
Məğrib – 17.33
İşa – 18.54
1632 — Filosof Benedikt Spinoza anadan olub.
1642 — Holland səyyah Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.
1729 — Rus sərkərdə (bəzi mənbələrdə onun 1830-cu ildə anadan olduğu göstərilir)
Aleksandr Suvorov anadan olub.
1798 — Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.
1859 — Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.
1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim” dərəcəsi verib.
1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.
1951 — Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb.
1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.
1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıblar.
1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
1991 — (ərrux Bülsara) - britaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı Freddi Merkuri vəfat edib.
1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur
1992 — ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib.
2001 — Aktyor, “Əhməd haradadır” filmində baş rolun ifaçısı Səyavuş Şəfiyev vəfat edib.
2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.
Mənbə: Milli.Az