Qadin.NET / "Baku World Challenge" avtorallisinin final mərhələsi başlandı

"Baku World Challenge" avtorallisinin final mərhələsi başlandı

 

Noyabrın 24-də Bakıda keçirilən “Baku World Challenge” avtorallisinin final mərhələsinə start verilib. AzərTAc xəbər verir ki, avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilir. Yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar bu gün final mərhələsində birinci yer uğrunda mübarizə aparacaqlar. Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başlayacaqdır. Yarışa WRT, Sebastien Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının, müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri ilə start veriləcək.

 

Mənbə: Milli.Az

24 noyabr 2013
GO BACK