Qadin.NET / Yer kürəsini gözləyən bəla: çox az qalıb

Yer kürəsini gözləyən bəla: çox az qalıb

 

Yaşadığımız planetin yaşıl örtüyü getdikcə yoxa çıxır. Milli.Az Day.Az-a istinadən bildirir ki, Merilend Universitetinin mütəxəssislərinin apardığı araşdırma göstərib ki, Yer üzərində meşələr sürətlə "əriməkdədir". Metyu Hansenin rəhbərlik etdiyi qrup NASA peykinin çəkdiyi şəkilləri analiz edib. 12 il ərzində peyk Yer səthinin 654 min şəklini çəkib. Məlum olub ki, 2000-2012-ci illər arasında planetdə 2,3 milyon kvadrat kilometr meşə massivi qırılıb. Ən çox meşə ehtiyatından məhrum olan Rusiyadır - mövcud 8,5 milyon kv.km-in 365 min kvadrat kilometri. Kanada, Braziliya və İndoneziya da yaşıllıq düşmənləridir. Ancaq Braziliyada ildən-ilə ağac kəsilməsini azaldırlar - 2000-ci ildə 40 min kvadrat km meşəni məhv edirdilərsə, 2012-ci ildə bu rəqəm 8 minə düşüb. İndoneziyada isə əksinə, meşə qırılmasının miqyası artıb - ildə 10 kv.km-dən 20 min kv.km-dək. Beləliklə, Yer kürəsi müxtəlif ekosistemlərin mövcüd olduğu tropik meşələrini itirir. Cəngəlliklərin vəziyyəti isə bütün planetin iqliminə təsir göstərir. Əlbəttə, məhv edilmiş ağacların yerində, həmçinin boş ərazilərdə də yeni ağaclar bitir. Araşdırılan 12 il ərzində 800 min kv.km ərazidə meşə bərpa olunub. Beləliklə, mütləq itki 1,5 milyon kv.km olub.  Hazırda Yerdə meşələr 87 milyon kv.m ərazini tutur. Əgər indiki templərlə onları qırmağa davam etsək, 58 ildən sonra dünyada bir ağac da olmayacaq. Nə qalıb ki…
Mənbə: Milli.Az

 

24 noyabr 2013
GO BACK