Qadin.NET / Adı necə dəyişməli?

Adı necə dəyişməli?

 

Milli.Az bildirir ki, oxuculardan biri Azərbayca qəzetinə adını dəyişdirməklə bağlı sorğu göndərib: "31 yaşım var. Adımı dəyişdirmək istəyirəm. Bunun üçün haraya müraciət etməliyəm? Sualı Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırıb:
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək hüququ var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsi ilə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin məcəllənin 190-cı maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Məcəllədən göründüyü kimi, sizin öz adınızı dəyişdirmək hüququnuz var. Bunun üçün siz daimi yaşayış yeri üzrə qeydiyyat şöbəsinə müraciət etməli və zəruri sənədləri təqdim etməlisiniz".
Mənbə: Milli.Az

 

24 noyabr 2013
GO BACK