Qadin.NET / Günün qoroskopu - 24.11.2013

Günün qoroskopu - 24.11.2013

 

Qoç - vaxtınızı fövtə verməyin. Başladığınız işləri mütləq başa vurun. Unutmayın ki, yaxın gələcəkdə rifahınızın təməlini bu gün qoya bilərsiniz. Qətiyyətli, iradəli və intizamlı olun. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik yaratmayın. Mübahisələr sizə mühüm məsələyə diqqət ayırmağa mane ola bilər. Xərclər planlaşdırdığınızdan artıqdır. Narahat olmayın, maliyyə durumunuz stabil olacaq. Günün ikinci yarısında yaşamınızda dəyişiklik baş verə bilər. İmiclə eksperiment etməkdən çəkinməyin. Axşam saatlarını əyləncəyə həsr edin.
 Buğa - maliyyə, iş, karyera ilə bağlı məsələləri müzakirə etmək üçün əlverişli zamandır. Həmfikir, müttəfiq və sizə yarıdm edəcək hami tapa bilərsiniz. Sizi tərifləyirlər və bu, səbəbsiz deyil. Təbii, səmimi davranır, yaxın ətrafınızdakı insanları anlamağa çalışırsınız. Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyə, məişət texnikası almağa dəyməz. Belə alışlar faydasız və mənasızdır. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanları təəcübləndirə bilərsiniz.
Əkizlər - birmənalı olmayan gündür. İmkanlarınızı dürüst qiymətləndirsəniz və hələlik qüvvəniz xaricində olan işə başlamasanız, gün uğurlu olacaq. İllüziyalara qapılaraq özünüzə problemlər yaratmayın və bundan sonrakı günlərdə həmin problemləri həll etməyə çalışmayın. Maliyyə məsələləri ilə məşğul olmaq, hesabat və biznes-planlar qurmaq üçün düşərli zaman deyil. Günün ikinci yarısında təmaslarda diqqətli olun. Etimada əsla layiq olmayan insanlarla sıx təmaslar qurmayın. Axşam saatları ailəvi istirahət üçün yaxşıdır.
Xərçəng - günün ilk yarısı əlverişlidir. Bir neçə saat ərzində xeyli faydalı və gərəkli iş görə bilərsiniz. Maraqlı tanışlıqlar yaratmaq, yaranmış problemlərin həllində yaxınlarınıza yardım etmək imkanlarınız var. Ev işləri ilə məşğul olun, yaşam arealınızda qayda yaradın. Təmirə başlamağa dəyməz. Gəlir ola bilər. Alış-veriş üçün yaxşı gündür. Günün ikinci yarısında yaşam tonusu səviyyəsi aşağı düşə bilər. Yorğuqluq hissi yaranacaq, qıcıqlı və səbrsiz olacaqsınız.
Şir - əvvələr başladığınız işləri başa vurmamış yeni layihəyə başlamağa dəyməz. Yeni layihə və ya qəbul etdiyiniz sifariş, görmək istədiyiniz iş maliyyə vəsaiti tələb edir. Bahalı avadanlıq və ya əşyalarla ehtiyatlı olun. Onlar əvvəlki vaxtlarla müqayisədə daha tez sınır. Alış-verişdə çox pul xərcləməyə dəyməz. Günün ikinci yarısında şəxsi münasibətlərdə çətinliklər yarana bilər. Həddən artıq iş və ya tapşırıq aldığınızı düşünəcəksiz. Baş verənlərə görə məsuliyyəti yaxın ətrafınızdakı insanların daşıdığını fikirləşirsiniz. Köç və ya təmirə başlamaq üçün əlverişli vaxt deyil. Axşam saatlarını sizə yaxın insanların yanında keçirin.
Qız - bir sıra çətinliklər və çeşidli problemlərə rəğmən gün pis olmayacaq. Yaranan problemləri sürətlə həll edin. Kiçik anlaşılmazlıqlara görə əhvalınızı korlamayın. Bilik və bacarıqlarınızdan, təcrübənizdən bəhrələnin. Yeni maraq və prioritet yaranacaq. Dəvət aldığınız tədbirə qatılın. Günün ikinci yarısında liderlik məziyyətlərinizi nümayiş etdirin. Haqlı olduğunuzu yaxın ətrafınızdakı insanlara anladın. Yalnız özünü düşünən və daim haqlı olduğuna şübhə etməyə insanlar belə sizi dinləməyə hazırdır.
Maliyyə məsələlərinin çözümü üçün yaxşı zamandır.
Tərəzi - qarışıq, narahat, gərgin gündür. Yaranan çətinliklərdən əndişələnməyin, onlar ciddi deyil. Əhvalınızı korlayan və sizi narahat edən məqamları təhlil edin. Əks cins mənsubu ilə münasibətlərdə problemlər, yaşlı qohumlarla ixtilaflar mümkündür. Alış-veriş üçün uğurlu gün deyil.
Şəxsi münasibətlər müstəvisində önəmli qərarların qəbulu üçün əlverişli gün deyil. Tələsik qərarlar uğursuzluğa səbəb olacaq, situasiyanı daha da korlayacaq. Dostların məsləhətlərinə qulaq assanız, kobud səhvlərdən qurtula bilərsiniz.
Əqrəb - çox uğurlu və məhsuldar gündür. Bir çox işlərin öhdəsindən gələcək, ən çətin işləri başa vura biləcəksiniz. Dostlar sizi dəstəkləyir, ideyalarınızın reallaşmasında yardım etmirlər. Maraqlı tanışlıqlar istisna deyil. Bu gün başlanacaq romantik münasibətlər hadisələri süni şəkildə tələsdirməsəniz, uğurlu olacaq. Nüfuzlu insanla ünsiyyətdə fayda var. Maliyyə məsələləri ilə bağlı mühüm qərar qəbul etmək olar. Alış-verişdə simiclik etməyin. Yeni layihəyə başlamaq, gələn həftə üçün nəzərdə tutulmuş işgüzar görüş və ya müzakirəyə hazırlaşmaq olar.
İmicinizdə dəyişiklik etmək olar.
Oxatan - uğurlu və düşərli gündür. Böyük zəhmət çəkmədən yaxşı nəticələrə nail ola bilərsiniz. İşgüzar məsələləri qeyri-formal şəraitdə də müzakirə etmək olar. İndiyədək sırf işgüzar təmaslarınızın olduğu insanla romantik münasibətlər başlaya bilər. Nəqliyyat vasitəsi almaq üçün yaxşı gündür. Kiçik səfərlər və səyahət uğurlu alına bilər. Belə olay xoş təəssürat bəxş etməklə yanaşı, faydalı tanışlıq yaratmağa imkan verir. Dəvət aldığınız tədbirə yollanırsınızsa, diqqətli olun. Yeni, perspektivli tanışlıq ola bilər.
Oğlaq - çox məhsuldar gündür. Bir çox işlərin öhdəsindən gələcəksiniz. Çətin vəziyyətə düşmüş yaxınlarınıza yardım edin. Yeni işə başlayanda köməkçi tapmaq müşkülə çevriləcək. Müstəqil, təkbaşına çalışmalısınız. Hüquqi məsələlərin həlli, humanitar problemin çözümü üçün əlverişli vaxtdır. Günün ikinci yarısında eksperimentlər aparmaq, formalaşmış ənənəi pozmaq, bəzi vərdişlərdən imtina etmək olar. Sağlam həyat tərzinə başlayın. Özünüzü yaxşı hiss etmək üçün düzgün qidalanın.
Dolça - düşərli, xoş hisslər vəd edən gündür. Uğurlu təsadüflər, xoş sürprizlər mümkündür. Maraqlı iş tapın. Belədə həmfikir və müttəfiqləriniz də olacaq. Qohumlarla fikir ayrılıqlarını dəf edin. Ailədə mühit hamı üçün xoş olmalıdır.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması üçün münasibdir. Səhhətinizə fikir verməyi unutmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - hər şey o qədər pis olmasa da, yaşananları bədbin məcrada görürsünüz. Az sonra, baş verənləri təhlil edəndə anlayacaqsınız ki, situasiyadan tam bəhrələnə bilməyibsiniz. Dostlarla mübahisə, yaşlı qohumlarla kiçik ixtilaflar istisna deyil. Tənqidə sərt reaksiya verməyin, kiçik məsələlərə görə incik düşməyin. Səfər və səyahət məsləhətli deyil. Belə macəra çox vaxt aparacaq, sevinc hissi isə yaşanmayacaq. Alış-verişdə uğursuzluq, maliyyə itkiləri mümkündür.
Axşam saatlarını evdə keçirin.
Mənbə: Milli.Az
24 noyabr 2013
GO BACK