Tokio motor-şousunda yeni Alpina B4 təqdim edilib. Model 410 a.g. və 600 Nm fırlanma anı hasil edən üç litrlik bir sıra düzümlü altı silindrli mühərriklə təchiz edilib. Mühərrik səkkiz diapazonlu Switch-Tronic avtomat ötürücü qutu ilə cütlükdə çalışır. Eyni zamanda ötürücü qutu sürəti əl ilə dəyişmə funksiyasına da sahibdir. Milli.Az 4charx.com-a istinadən bildirir ki, ilk "yüzlüyə" kupe 4,2 saniyə ərzində sürətlənir, maksimal surət isə saata 317 kilometr təşkil edir. İstehsalçı iddia edir ki, qarışıq rejimdə yanacaq sərfiyyatı 100 kilometrdə 7,6 litri ötmür. Zahirən yeni avtomobil şəkli dəyişmiş qabaq bamper, yük yerinin yeni spoyleri, iki cüt işlənmiş qazları xaricetmə borusu və Alpina eksklüziv dizaynlı təkər diskləri ayırır. Alpina B4 kupesi satışa 2014-cü ilin mayında çıxacaq.
Mənbə: Milli.Az