Qadin.NET / UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib

UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib

 

UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib
BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa Komissiyası və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə təşkilatçılığı ilə 18-25 noyabrda Azərbaycanda Uşaq Ədliyyəsi sahəsində həyata keçirilən islahatlarla bağlı monitorinq və qiymətləndirilmələr aparılır. Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbir çərçivəsində beynəlxalq və yerli ekspertlərdən ibarət monitorinq və qiymətləndirmə qrupu bu gün Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tərbiyə müəssisəsində olub, müəssisə rəhbərliyi ilə görüşüb, müəssisə ilə ətraflı tanış olub. Ekspertlər Draqan Çernynanski, Marianna Mur və Ramil İsgəndərli monitorinqin aparılması üçün yaradılmış şəraitdən məmnun qalıblar.

Mənbə: Trend.Az

23 noyabr 2013
GO BACK