Qadin.NET / Bu da yeni Nissan Juke

Bu da yeni Nissan Juke

 

Nissan Juke Nismo RS krossoverinin 230-güclü mühərrik əldə edəcəyi haqda ilkin ehtimallara baxmayaraq işdə hər şey daha sadə imiş. Los-Anceles motor-şousu səhnəsində "qaynar" yığcam krossoverin rəsmi debütü oldu və texniki içi haqqında bütün təfərrüatlar məlum oldu. Təəssüf ki, dinamik göstəriciləri yaponlar hələ ki, açıqlamadılar. Milli.Az 4charx.com-a istinadən bildirir ki, mühərriki idarəetmə blokunun yenidən qurulması, həmçinin yeni buraxılış sisteminin quraşdırılması hesabına mühərrikin hasilatı əvvəlki Nismo versiyasındakı 200 a.g. ilə müqayisədə artırılaraq 217 a.g. -nə (284 Nm) çatdırılıb. Tam ötürməli modifikasiya variatorla, tək ötürməli isə müasir tələblərə uyğunlaşdırılmış altı pilləli "mexaniki" ötürücü qutu ilə təklif ediləcək. Nissan Juke Nismo krossoveri ilə müqayisədə RS versiyası yenidən qurulmuş tam ötürmə sistemi, sükan idarə etmələri, həmçinin başqa yaylar və amortizatorlar əldə edib. Daha az güclü modifikasiyadan xarici fərqlər minimaldır. Yeni versiyanın satışları gələn il başlanacaq. Tezliklə qiymətlər də elan ediləcək.
Bu da yeni Nissan Juke
Bu da yeni Nissan Juke

Mənbə: Milli.Az
23 noyabr 2013
GO BACK