Qadin.NET / Ən qənaətcil superkompüter odur

Ən qənaətcil superkompüter odur

Tokio Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan Tsubame-KFC superkompüteri bu kateqoriyalı qurğular arasında dünyanın ən qənaətcil superkompüteri hesab edilir. Bunun üçün superkompüterin prosessorları hava ilə deyil, xüsusi maye ilə soyudulur. Milli.Az ICTnews-a istinadən bildirir ki, Tsubame-KFC saniyədə 4,5 milyard hesablama apararaq buna yalnız 1 vatt enerji sərf edir. Virciniya Politexnik İnstitutunun mütəxəssisləri uzun müddətdir 500 ən qənaətcil hesablayıcı maşının reytinqinin tərtib olunması ilə məşğul olurlar. İnstitutun saytında yeni superkompüter haqqında ətraflı məlumat əldə etmək olar.
Mənbə: Milli.Az

23 noyabr 2013
GO BACK