Qadin.NET / Yenilənmiş Hyundai Veloster

Yenilənmiş Hyundai Veloster

 

Los-Anceles avtoşousunda debüt edən yeni model Veloster Turbo modelinin daha "qızğın" modifikasiyasıdır. Yalnız kapotun altında "ilxının" ümumi miqdarının artımını gözləmək lazım deyil: orada əvvəlki kimi dörd silindrli turbo 1.6 Gamma tərəfindən hasil edilən 204 "at" gizlədilib. Amma ilk modellə müqayisədə dəyişikliklərin yalnız eksteryerdə və interyerdə müxtəlif bər-bəzəklərdən ibarət olduğunu düşünmək də yanlışdır - texnika da həmçinin tamamlamaya məruz qalıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, R-Spec versiyasının qiymət ($22 110) cazibədarlığını qoruyub saxlaya bilmək üçün istehsalçılar Veloster Turbo-un adi modelinə qoyulmuş bəzi avadanlıqları qurban verməli olublar. Faktiki olaraq daha " qızğın" hərəkət hissəylə maşın adi Turbo modelinə nisbətən daha ucuz olub. Ona görə də Turbo R-Spec — ilk növbədə yaxşı idarə oluna bilməni qiymətləndirən puristlər üçün variantdır.
"Qaynar" Hyundai Veloster Turbo R-Spec buraxılışı artıq dekabrda başlayır, və maşın ilk alıcılara 2014-cü ilin fevralında gəlib çatacaq.
Yenilənmiş Hyundai Veloster

Yenilənmiş Hyundai Veloster

Yenilənmiş Hyundai Veloster
Mənbə: Milli.Az
23 noyabr 2013
GO BACK