Qadin.NET / Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb

Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb

 

Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb

 

22-23 noyabr tarixlərində BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən «Qran-Pri» turnirinin ilk günündə Azərbaycanın cüdo üzrə milli komandası bir gümüş və bir bürünc medal qazanıb.  Azərbaycan Cüdo Federasiyasından Lent.az-a verilən məlumata görə, 66 kq-dək çəki dərəcəsində təmsilçimiz Nicat Şıxalizadə Sloveniya, Britaniya və İspaniya təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Mixael Pulyayevə uduzub.

60 kq-dək çəki dərəcəsində isə Səfərov Orxan tatamidə Əlcəzair, Braziliya və Almaniya təmsilçilərinə qalib gəlib və bütünc medala sahib çıxıb. Qeyd edək ki, Abu-Dabi “Qran-Pri”sində 35 ölkədən 236 cüdoçu güvvəsini sınayır. Millimiz hazırda komanda hesabında 7-ci yerdədir.

Mənbə: Lent.Az

23 noyabr 2013
GO BACK