Qadin.NET / Azərbaycanda reklama nə qədər pul xərclənilir?

Azərbaycanda reklama nə qədər pul xərclənilir?

 

Son zamanlar Azərbaycanda reklam bazarında artım müşahidə olunmasına baxmayaraq, ölkədə bu bazar zəif inkişaf edib.
Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Р­С…Рѕ" qəzetinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. "Bu gün reklamın böyük hissəsi elektron KİV-in payına düşür. Təəssüflər olsun ki, çap mediası bu bazarda öz yerini tuta bilmir. Bu da müxtəlif müəssisələrin çap mediasında reklam yerləşdirməyə maraqlı olmaması ilə bağlıdır. Elektron mediaya gəlincə isə, orada həcm artır", - o əlavə edib. Onun sözlərinə görə, Azərbaycandakı reklam bazarının həcmi haqqında danışmaq çətin məsələdir. "Çünki reklam yerləşdirən şirkətlər məlumatları açıqlamırlar. Bununla belə, həmin informasiyanın qeydiyyatı ilə bağlı da problemlər var. Ancaq bizim araşdırmalarımıza görə, Azərbaycanda reklam bazarının həcmi ildə təqribən 25 milyon dollar təşkil edir", - o əlavə edib. 
Mənbə: Milli.Az
23 noyabr 2013
GO BACK