Bədən sağlamlığı ilə yanaşı ruhun da sağlam olması vacib şərtdir. Əksər insanlar hətta ruhun var olmasına şübhə ilə yanaşdıqlarından onlara ruhun sağlamlığından söhbət açmaq mənasız görünür. Ruhun sağlam olması insanın özü və ətrafındakı insanlarla müəyyən bir uyğunlaşma, tarazlıq içində olmasıdır.
İnsanın ruhən sağlam olub-olmaması onun cəmiyyət içində davranışlarından, öz daxili aləmi ilə münasibətdən aydın görünür. Ruh sağlamlığı olan insanlarda özünəgüvən, səbəbsiz qayğı və qorxulara sahib olmama, yaxın və uzaq insanlarla sağlam ünsiyyət qurma, müsbət qərarlar verməyi bacarma, çətinlikləri qorxmadan həll etmə kimi müsbət hərəkətlər dərhal gözə çarpır. Belə insanların sayı isə demək olar ki, çox azdır.
Ruh sağlamlığının pozulması insanın duyğu və fikirlərinin qarışmasına, ətrafdakı insanlarla problem yaranmasına, fiziki narahatlıqların ortaya çıxmasına, var olan narahatlıqların daha da artmasına səbəb olur ki, bu hallar da gündəlik yaşam üçün bir sıra problemlər yaradır. Daim neqativ düşünən insanlar bir müddət sonra depressiyaya sürüklənir və vəziyyət o həddə çatır ki, normal yaşamaq üçün psixoloq müdaxiləsi vacib olur. Halbuki vaxtında aşkar edilən hər hansı bir daxili sıxıntı, yaxud neqativ hisslər qarşısı alınaraq müsbət istiqamətə yönəldilə bilər.
Psixoloq Emil Behrudinin sözlərinə görə, insanların ruh sağlamlığını elə formada izah etmək lazımdır ki, onlar özlərinə ruhi xəstə kimi müraciət edildiyini hiss etməsinlər. Bu, insanlara təhqir olar, halbuki, məqsəd onların ruhən sağlam olub-olmadığını aydınlaşdırmaqdır. İnsan ətrafı ilə problemlər yaşayırsa, özünü cəmiyyətdə qəbul edilməyən insan cildində görürsə, heç bir işinin düz gətirmədiyini, başqalarının onu sevmədiyini düşünürsə, bu, artıq ciddi sağlamlıq pozuntusudur. Çünki bu tip duyğular insanı depressiyaya sürükləyir, intihara, ətraf mühitdən təcrid olunmağa itələyir: "Problem o zaman problem sayılır ki, insan onun həlli yollarını düşünmür. Özünü çıxılmaz vəziyyətdə hiss edir. İnsanın müsbət düşünməsi ruh sağlamlığının bərpa olunması ilə yanaşı problem hesab etdiyi məsələlərin də həll olunmasına gətirib çıxarır. Hər problemin həllinin olduğunu dərk edən insan artıq qaranlığa sürüklənmək yerinə məsələnin həllinə istiqamətlənər. İnsanlar bəzən fiziki görünüşlərini, bəzən də cəmiyyət içərisindəki mövqelərini bəyənmirlər, bunları dərd edirlər. Halbuki özləriylə eyni vəziyyətdə olan, lakin çox müvəffəqiyyətli ola bilən minlərlə nümunə var. Biri özündən daha çətin vəziyyətdə olmasına baxmayaraq, müvəffəqiyyətli ola bilən insanları nümunə götürərsə, özünə etibarı artacaq, sıxıntıları azalacaq, ruhən çökmə yaşamaqdan qurtulacaq".
Həmsöhbətimizin sözlərinə görə, ruhun sağlamlığının pozulması insanın mütləq dəli olması mənasına gəlmir. Depressiya, stress, spirt asılılığı, həddindən artıq insanlardan uzaq durma-uyğunlaşmamaq, hiperaktivlik və diqqətin əskik olması, tiklər, hirs, şizofreniya, kəkələmək, yuxusuzluq, yuxuda gəzmələr, başlıca ruh xəstəlikləri arasındadır. Behrudi deyir ki, bunlardan ən az birinə sahib olan insan vaxtında özünə müdaxilə etmədikdə zəncirvari formada digərlərinə də sahib ola bilir: "Bunun üçün insanın özünün, ətrafının, ailəsinin, dostlarının, ən son anda psixoloqun müdaxiləsi vacibdir. Əksər halda bədən ağrısı ilə həkimə müraciət edənlər tamamən sağlam olaraq geri qayıdırlar. Ağrıyan ürəyin, yaxud hər hansı bir orqanın tamamilə sağlam olması insanın da sağlam olması mənasına gəlmir. Bu, onu göstərir ki, insan daxilən sağlam ola bilər, lakin ruhən psixomatik xəstəliklərə meyllidir. Psixomatik xəstəliklərin arxasında isə məhz bu sıxıntılar, içə salınan hər hansı bir məsələnin fikridir".
Psixoloqun dediyinə görə, insan özündə hər hansı bir dəyişiklik hiss edərsə, bunu çevrəsinə də hiss etdirərsə, həkimə müraciət etməlidir. Çünki hərəkət və düşüncədəki dəyişikliyin səbəbi fizioloji, eləcə də psixoloji ola bilər. Əgər fizioloji olaraq heç bir xəstəlik aşkarlamaq mümkün olmursa, deməli, psixoloji olaraq problemə yanaşmaq lazımdır: "İnsan o yerdə səhv edir ki, o, "mənim heç bir orqanik xəstəliyim yoxdur, daxili sıxıntımla həkimə müracət etmək yersizdir" deyə düşünür. Belə olan halda nə üçün sakitləşdirici siroplar, həblər, otlar müalicə üçün istifadə olunur? Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir şüar irəli sürüb: psixi sağlamlığı olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz. Halbuki insanlar daha çox fiziki sağlamlığa diqqət yetirir. Ruhən sağlam olmadıqdan sonra fiziki sağlamlığın da demək olar önəmi qalmır, çünki daxilən tamamilə çöküş yaşayan insanın fiziki olaraq tamamilə sağlam olması şübhə altındadır. Ətrafınızda belə insanlar varsa, onlarla ən yaxın dostların, ailənin söhbət terapiyası aparması çox effektli ola bilər. İnsanın psixoloji dəstəyi olmazsa, onu heç bir üsulla ayağa qaldırmaq mümkün olmayacaq".
Ruhu sağlam saxlamaq üçün problemlərdən qaçmamaq əsas şərtdir. İnsanı narahat edən məsələlərin üstünə getmək, onların həlli üçün çalışmaq, düzgün insan olmaq, sosial çevrə ilə balansı saxlamaq, gündəlik qida, yuxu rejiminə diqqət yetirmək və insana pis təsir edən nüanslardan uzaq durmaq vacib şərtdir. Sağlam ruhun sağlam bədəndə olduğunu da unutmamaq lazımdır.

Ekspress.Az
Mənbə: Milli.Az