Qadin.NET / Windows Phone rekordu: 3 milyard

Windows Phone rekordu: 3 milyard

 

Microsoft korporasiyası Windows Phone mobil platformasına dair bəzi statistik informasiyaları bölüşüb. Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəyə verildiyi müddət ərzində Windows Phone platforması üçün yüklənmiş tətbiqlərin sayı təxminən 3 milyard olub. Platforma gündəlik tətbiqlərlə bağlı təxminən 10 milyon əməliyyat yaradır. Müvafiq olaraq, bir ayda əməliyyatların sayı 300 milyona çatır. Müqayisə üçün, sentyabrda gündəlik təxminən 9 milyon, iyunda isə təxminən 6,7 milyon əməliyyat qeydə alınıb. Tərtibatçılar gündəlik mağazaya Windows Phone üçün təxminən 500 yeni tətbiq əlavə ediblər. Windows Phone 8 əməliyyat sisteminin relizindən sonra platformanın göstəriciləri xeyli artıb. Belə ki, ödənişli tətbiqlərdən əldə olunan aylıq gəlir 178% artıb. Bir ildə tətbiqlərin yüklənmə sayı 290% artıb.
Mənbə: Milli.Az
23 noyabr 2013
GO BACK