2013-ci ilin ən çox qazanan oyunçuları bunlardır:
1. Devid Bekhem - İyun ayında futbolçu karyerasını başa vuran Bekhemin illik qazancı 47 milyon avrodur. Bu rəqəmin, sadəcə, 5 milyonu futbolçunun sabiq komandası PSJ-dən aldığı maaşdır. 42 milyon avro isə sponsorluqdan qazanılır.
2. Kriştianu Ronaldu ("Real", Madrid) - İllik qazancı 43 milyon avrodur. Madrid klubundan illik 23 milyon avro maaş alan portuqaliyalı hücumçu sponsorluqdan da 21 milyon avro qazanır.
3. Lionel Messi ("Barselona") - Ulduz futbolçu klubdan aldığı maaş və sponsor gəlirləri ilə birgə illik 41 milyon avro qazanır.
4. Ueyn Runi ("Mançester Yuanyted") - İllik 21 milyon avro qazanır. Klubdan aldığı maaş 18 milyon avrodur. Sponsorluqdan isə 3 milyon avro gəlir əldə edir.
5. Serxio Aquero ("Mançester Siti") - Argentinalı hücumçunun illik gəliri 21 milyon avro göstərilir. Bu məbləğdən 17 milyon avro klubdan aldığı, 4 milyon avro isə sponsorluq gəliridir.
6. Didye Droba ("Qalatasaray") - Futbolçunun klubdan aldığı maaş və sponsor gəlirləri ilə birgə illik qazancı 21 milyon avrodur.
7. Yaya Ture ("Mançester Siti") - İllik gəliri 21 milyon avrodur. Klubunda 18 milyon avro gəlir əldə edən futbolçu 3 milyon avro da sponsorluqdan qazanır.
8. Neymar ("Barselona") - Gənc oyunçunun illik 21 milyon avro qazandığı bildirilir. Kataloniya klubundan aldığı maaş 11 milyon avro olmasına baxmayaraq, sponsorluqlardan 10 milyon avro əldə edir.
9. Fernando Torres ("Çelsi") - İllik gəliri 20 milyon avrodur. Klubdan aldığı məbləğ 17 milyon avro, sponsorlardan isə 3 milyon avro gəlir əldə edir.
10. Zlatan İbrahimoviç (PSJ)- İllik qazancı 20 milyon avrodur. Bu məbləğin 17 milyonu klubdan aldığı maaş, 3 milyonu isə sponsor gəlirləridir.
Mənbə: Milli.Az