Qadin.NET / Şahzadə əbədi buzlaqlarda yarışa qatıldı

Şahzadə əbədi buzlaqlarda yarışa qatıldı

 

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Harri Antarktidadır. O, "Walking With The Wounded South Pole" kampaniyası çərçivəsində Cənub Qütbünə yollanıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya, ABŞ, Avstraliya və Kanadadan olan, döyüşlərdə yaralanmış 12 hərbçi Antarktidada 335 km məsafə qət edəcəklər. Noyabrın 29-da başlanacaq ekpedisiya 16 gün davam edəcək. 29 yaşlı şahzadə dünən Antarktida sahilləri yaxınlığındakı "Novo" aviabazasında təyyarədən yerə enib. Şahzadə oktyabrda ayaq barmağını sındırsa da, travmaya rəğmən ekspedisiyaya qatılıb. Şahzadə Harri bu aksiyaya çoxdan hazırlaşırdı. Məşqlər çərçivəsində o, -35 dərəcə soyudulmuş soyuducu kamerada 1 sutka qalmışdı. Əvvəllər şahzadə Harri Şimal Qütbünə ekspedisiyada iştirak etmişdi. Aksiyada Britaniyanı təmsil edən komandada şahzadə Harri ilə bahəm Keyt Filip, Qay Disney, Riçard Eyr, İbrar Əli və Dunkan Sleyter var. Antarktidada yola çıxacaq Britaniya Birliyinin komandasına isə aktyorDominik Uest başçılıq edir. Yarış iştirakçıları sabah Rusiyanın Antarktidadakı "Novolazerevskaya" bazasına yollanacaqlar.

 

Mənbə: Milli.Az
23 noyabr 2013
GO BACK