Qadin.NET / Microsoft-da maaşlar azalır

Microsoft-da maaşlar azalır

 

Microsoft korporasiyasının baş direktor Stiv Balmer daxil olmaqla beş ən çox əməkhaqqı alan direktorunun orta əməkhaqqı 2011-2012-ci maliyyə ilinin 7,48 milyon dollarlıq göstəricisi ilə müqayisədə 2012-2013-cü maliyyə ilində 3,7 faiz azalaraq 7,2 milyon dollar təşkil edib. Bu rəqəmlər ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən sənəddə yer alıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il korporasiyanın ümumilikdə beş ən çox əməkhaqqı alan direktoru 36 milyon dollar qazanıb. Bu məbləğə məvacib, bonus və səhm şəklində mükafatlar daxildir. Son 4 il ərzində Microsoft direktorlarının əməkhaqqısı ilk dəfə azalıb. Müqayisə üçün qeyd edək ki, 2011-2012-ci maliyyə ilində əməkhaqqı 22 faiz, 2010-2011-ci maliyyə ilində 23 faiz artıb.

 

Mənbə: Milli.Az
22 noyabr 2013
GO BACK