Qadin.NET / Azərbaycanda "İlin ən yaxşı müəllimi" müsabiqəsinin keçirilmə formatı dəyişdirilə bilər

Azərbaycanda "İlin ən yaxşı müəllimi" müsabiqəsinin keçirilmə formatı dəyişdirilə bilər

 

Azərbaycanda "İlin ən yaxşı müəllimi" müsabiqəsinin keçirilmə formatı dəyişdirilə bilər. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının bu gün keçirilən ümumi yığıncağında bildirib. Onun sözlərinə görə, Azərbaycanda hər il "İlin ən yaxşı müəllimi" və "İlin ən yaxşı məktəbi" müsabiqələri keçirilir: "Düşünürəm ki, həmin müsabiqələrin formatı optimallaşdırıla və dəyişdirilə bilər. Məqsəd bu müsabiqələrdə əldə olunan nəticələrin ümumilikdə təhsil sistemində tətbiqinin təmin edilməsi yollarını axtarmaqdır. Sadə dillə desəm, hansısa çox istedadlı və yaxşı müəllimin mütəxəssislər qarşısında açıq dərs keçirməsi çox təqdirəlayiq haldır. Amma biz bu müəllimin istifadə etdiyi tədris metodikasını, işə yanaşmasını təhsil sistemində tətbiq edə bilmiriksə, belə istedadlı yanaşmanın dar çərçivədə qalması təhsil sisteminə maksimal fayda verə bilmir". Nazir deyib ki, dərsliklərin müəllifləri üçün kurikulumun məzmunu və tələblərinə dair hazırlıq kursunun keçirilməsi nəzərdə tutulur. Onun fikrincə, ilk növbədə dərsliyi tərtib edən müəlliflər yeni məzmunun tələblərini tam düzgün dərk etməlidirlər.

 

Mənbə: Trend.Az

22 noyabr 2013
GO BACK