Qadin.NET / Vilnüsdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabın litva dilində tərcüməsinin təqdimatı olub

Vilnüsdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabın litva dilində tərcüməsinin təqdimatı olub

 

Litvanın qədim təhsil ocaqlarından biri olan Vilnüs Universitetinin P.Smuqleviçyus adına kitabxanasında Azərbaycanın Litvadakı səfirliyinin təşəbüsü və dəstəyi ilə hazırlanmış Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabının litva dilində tərcüməsinin təqdimat mərasimi keçirilib.Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, kitabın nəşri Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf olunub. Tədbirdə Litva Seyminin deputatları, ölkənin ictimai xadimləri, KİV nümayəndələri, həmin unversitetin professor və müəllim heyəti, həmçinin unversitetdə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva ictimayyətində Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat qıtlığının olduğunu bildirərək, qeyd edilən kitabın litva dilində nəşrini olduqca vacib hadisə kimi qiymətləndirib və tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verib. Daha sonra tədbirdə Litva Seyminin deputatı, Azərbaycan-Litva dostluq qrupunun rəhbəri Yuras Pojela, Seymin deputatı Mantas Adomenas, universitetin rektoru Yuras Banis, Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biyejka, Litva hökumətinin Milliyyətlər və emiqrsiya işi üzrə Baş departamenti yanında Milli İctimaiyyət Şurasının əlaqələndiricisi İmantas Melianas və "Litva Azərbaycanlılarının Cəmiyyəti"nin sədri Mahir Həmzəyev çıxış ediblər. Çıxış edənlər kitabın böyük əhəmiyyət daşıdığını və geniş oxucu auditoriyasının, politolqların, o cümlədən diplomatların marağına səbəb olacağını vurğulayaraq ermənilərin ərazi iddialarının, münaqişənin tarixinin, dünya birliyinin mövqeyinin öyrənilməsi baxımından qeyd olunan kitabın dəyərli mənbə olacağını bildiriblər. Həmçinin, tədbirdə kitabın müəllifi, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev çıxış edib. O, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas hüquqi aspektlərini oxuyucuların diqqətinə çatdırmaq istədiyini bildirərək, münaqişənin tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barədə iştirakçılara məlumat verib.

 

Mənbə: Milli.Az

22 noyabr 2013
GO BACK