Qadin.NET / Kriştianu Ronaldudan inanılmaz fədakarlıq

Kriştianu Ronaldudan inanılmaz fədakarlıq

 

“Real” Madrid klubunun forvardı Kriştianu Ronaldu sümük iliyinin bir hissəsini leykemiya xəstəliyinə tutulmuş uşağa verib. Milli.Az AS-a istinadən xəbər verir ki, Ronaldu “Benfika” klubunun və Portuqaliya yığmasının yarımmüdafiəçisi Karluş Martinişin oğlunun xəstə olduğunu bildikdən sonra onun donoru olub. “Əgər mən “Qızıl Top”un sahibi olsam, əvvəlcədən bildirirəm ki, leykemiya xəstəliyinə tutulmuş uşaqları bu bayramı qeyd etmək üçün dəvət edirəm”, - Ronaldu deyib. 

 

Mənbə: Milli.Az
22 noyabr 2013
GO BACK