Amerikalı fotoqraf Piter Harli fotolarda gözəl, şıq görünməyin sadə yolunu tövsiyə edir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nyu-York və Los-Anceles şəhərlərində fəaliyyət göstərən studiyalara malik portretçi fotoqrafların dediyinə görə, fotogenik görünmək üçün kamera qarşısında asudə, rahat olmaq gərəkdir."Bədgüman olmayın, pərişan görünməyin. Kamera qarşısında duranda gözlərinizi azacıq qıymaq yetər ki, iradəli görünəsiniz. Kamera görəndə insanlar sövqi-təbii qorxuya düşürlər. Qorxmayın və onda fotonuz əla alınacaq. Bunun üçün "Snuinch" adlandırdığı metoddan istifadə edin",- Piter Harli deyib. Onun sözlərinə görə, insanlar kameraya xofla, zəndlə baxanda portretləri bədgman insan obrazlı alınır.
Mənbə: Milli.Az